Demokratik Azərbaycan Hərəkat Azərbaycanda baş verən qanunsuzluqları beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaq
Demokratik Azərbaycan Hərəkatı (DAH) Azərbaycanda baş verən özbaşınalıqları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün iyunun 6-da Brüsseldə aksiya keçirəcək. Aksiya Brüsselin mərkəzində Avropa Parlamentinə, Avropa Komissiyasına və digər beynəlxalq qurumlara gedən yolun kəsişməsində yerləşən meydanda keçiriləcək.
DAH-ın məlumatına görə, aksiyanın məqsədi beynəlxalq qurumların diqqətini Azərbaycanda prezident seçkiləri öncəsi baş verən repressiyalara çəkməkdir.
Aksiya günü eyni zamanda Avropa Parlamentinin nümayəndələri ilə DAH üzvlərinin görüşü keçiriləcək.
“2013-cü ildə Azərbaycanda prezident seçkisi olduğu üçün beynəlxalq təşkilatların bölgəyə diqqətinin artdığı və ölkədə rəqabətin genişləndiyi məqamda hakimiyyətin repressiv siyasət aparması çox təhlükəli tendensiyanın yaranmasına səbəb ola bilər”, deyə DAH bildirir.
Təşkilat xatırladır ki, son aylar Azərbaycanın ictimai-siyasi həyatında aktivliyi ilə seçilən insanlara, o cümlədən vətəndaş cəmiyyəti qurumlarına qarşı aparılan siyasi təzyiqlər görünməmiş səviyyədə artıb.
DAH son aylarda həbs edilmiş tanınmış simalar İlqar Məmmədov və Tofiq Yaqublu, NİDA-çı gənc fəalların, müxalifətçilərin, həmçinin jurnalist və blogerlərin həbsinə, vəkillərin, o cümlədən vəkil Aslan İsmayılovun vəkİllik fəaliyyətinin dayandırIlmasına diqqət çəkir.
Demokratik Azərbaycan Hərəkatı 2013-cü ilin fevralında mühacirətdə olan azərbaycanlılar tərəfindən yaradılıb. Qurumda Avropanın müxtəlif ölkələrində mühacir həyatı yaşayan onlarla insan birləşir.