Accessibility links

Xaricdə yaşayan azərbaycanlılar Demokratik Azərbaycan Hərəkatı təsis edib


Azərbaycan bayrağı
Azərbaycan bayrağı
Xaricdə yaşayan azərbaycanlılar - siyasi mühacirlər, politoloqlar, blogerlər, gənc aktivistlər, jurnalistlər, hərbçilər yeni hərəkat yaradıb.

Belə ki, Azərbaycanda baş verən proseslərlə bağlı narahatlıqlarını daimi bu və ya digər formada ifadə edən 100-dən çox insan birgə fəaliyyət göstərməyə qərar verib. Aparılan müzakirələrin nəticəsi olaraq qərara gəlinib ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı demokratlar Demokratik Azərbaycan Hərəkatı adlı qurum təsis etsinlər. Qurum təsisindən sonra isə hərəkatın Əlaqələndirmə Şurası yaradılıb, bəyannamə imzalanıb.

Əlaqələndirmə Şurasının üzvü, jurnalist Fikrət Hüseynli bildirib ki, hərəkatda Azərbaycanda və dünyada tanınmış şəxslər, diaspora qurumları təmsil olunur. Hərəkatın üzvləri ABŞ, Avropa, Türkiyə, Skandinaviya, Pribaltika və Latın Amerikası ölkələrində, Kanada və ərəb ölkələrində yaşayan azərbaycanlılarıdır.

F.Hüseynlinin sözlərinə görə, demokrat azərbaycanlıların bir qurumda birləşməsinə ABŞ və Qərbdəki mütərəqqi qüvvələr, diplomatlar və siyasi partiyalar da dəstək verir.

Hərəkatın təsis bəyanatında deyilir ki, DAH-ın əsas məramı Azərbaycanda baş verən özbaşınalıqları beynəlxalq qurumlara çatdırmaq, sivil mübarizə üsullarından istifadə edərək dünya ictimaiyyətinin diqqətini Azərbaycanda baş verən qanunsuzluqlara, zorakılıqlara, insanların əqidəsinə görə təqib və təzyiqlərə məruz qalmasına, söz azadlığı problemlərinə yönəltmək, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların aktiv fəaliyyətinə nail olmaqdır.

Qurum heç bir siyasi partiyanı dəstəkləmir, yalnız Azərbaycan xalqına demokratik hakimiyyətin qurulmasına dəstək verməyi qarşısına məqsəd qoyub.
XS
SM
MD
LG