“Cəmiyyətin pozitiv müəllim obrazına ehtiyacı var”

Your browser doesn’t support HTML5

Gənc müəllim Həbib Əlizadə Amerikanın Səsinə müsahibəsində bir neçə gün öncə Gülsüm Biləndərli adlı müəllimin dərs otağında rəqs etməsinin niyə insanlar tərəfindən sərt reaksiyaya səbəb olmasını şərh edib. Həbib Əlizadənin sözlərinə görə, Gülsüm müəllim bir çox insan tərəfindən qınaq obyektinə çevrilsə də, normal düşünə bilən, ziyalı, humanist adamların burada yanlış bir şey olmamasını yazmağa, müəllimə dəstək olmağa başlaması ilə vəziyyət tamamilə dəyişdi. Məlum oldu ki, bu müəllim – Gülsüm müəllim olduqca pozitiv, çox sevilən, fəalliyyətləri bol olan bir pedaqoqdur. Gənc müəllim əlavə edib ki,i nsanların Gülsüm müəllimə dəstəyi əslində cəmiyyətdə pozitiv müəllimə nə qədər çox ehtiyacın olduğunu göstərir.