Cəmil Həsənli Azərbaycanda parlament ənənəsinin tənəzzülü haqda danışır

Your browser doesn’t support HTML5

"Parlament xalq hakimiyyətinin bir formasıdır və Azərbaycanın istiqlalından təxminən 6 ay sonra belə bir xalq idarəçiliyinin formasının yaranması, parlamentin mütləq hakimiyyətə çevrilməsi Azərbaycanın çox böyük tarixi nailiyyəti idi," deyə tarixçi və Milli Şuranın sədri Cəmil Həsənli 100 il öncə Azərbaycan Xalq Cümhuriyyətində parlamentin təşəkkül tapmasını tarixi əhəmiyyətini dəyərləndirir. Onun sözlərinə görə, bugünkü Azərbaycan parlamenti faktiki olaraq hakimiyyətin bir qanadı kimi funksiyasını itirib.