Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə dünya ölkələrində mətbuata hücumlarla bağlı hesabatını açıqlayıb. Hesabatın Azərbaycana aid hissəsində keçən ilin əsas hadisələri kimi Avropa Məhkəməsinin Eynulla Fətullayevin azad edilməsi haqda qərar çıxarmasına baxmayaraq, hökumətin onu həbsdə saxlamağa davam etməsi və mühüm məlumatların veb səhifələrdə yerləşdirildiyi zaman xəbər saytlarına blok qoyması qeyd edilir.
Hesabatda deyilir ki, Fətullayevin bəyanatını nəşr etdikdən sonra dörd jurnalist təhlükəsizlik xidməti orqanlarının işçiləri tərəfindən sorğu-sual edilib.
Jurnalistləri Müdafiə Komitəsi qeyd edir ki, prezident İlham Əliyevin avtoritar hökuməti müstəqil jurnalistləri susdurmaq üçün həbslər və cəzasızlıq atmosferindən istifadə edib. Strateji əhəmiyyətə malik Xəzəryanı dövlətin prezidenti vəzifəsinə atasından sonra gəlmiş Əliyev ölkənin zəngin neft və qaz ehtiyatlarından Rusiya və Türkiyə kimi ənənəvi tərəfdaşlar və Avropa İttifaqı və Birləşmiş Ştatlar kimi yeni müttəfiqlər arasında maraqların toqquşması üçün istifadə edib.
İl boyu ABŞ və Avropa liderləri Əliyevi Azərbaycan qazını Xəzər dənizindən Türkiyə vasitəsilə qitənin o biri yerlərinə nəlq edəcək kəmərin çəkilməsinə razı salmağa çalışıb. Bu addım Rusiyanın Avropaya qazın ixracına nəzarətini azalda bilərdi. Lakin Rusiya liderləri Əliyevlə Azərbaycanın artıq neft və qazının alınması barədə müqavilə imzalamaqla bunun qarşısını aldı. Bu diplomatik rəqabət qlobal iqtisadi böhran dövründə Azərbaycan iqtisadiyyatında yüksəlişə səbəb oldu və ölkənin Qərbin insan hüquqları və mətbuat azadlığına dair tənqidlərinə əhəmiyyət verməməsi üçün imkan yaratdı.
Beynəlxalq təzyiqlərə davam gətirəcəyinə əmin olan hökumət 2009-cu il Jurnalisləri Müdafiə Komitəsinin Beynəlxalq Mətbuat Azadlığı mükafatını almış Eynulla Fətullayevi həbsdə saxlamağa davam etdi. Nəşri dayandırılmış iki qəzetin baş redaktoru olan Fətullayev 2005-ci ildə qətlə yetirilmiş müdiri və mentoru Elmar Hüseynovun qətlini araşdırdığına görə 2007-ci ilin aprel ayında terrorizm və defamasiya da daxil olmaqla, bir neçə saxta ittihamla həbs edilib. Ona səkkiz il həbs cəzası verilib.
Fətullayev iddia edirdi ki, Hüseynov Bakıda yüksək səviyyəli rəsmilərin sifarişi ilə qətlə yetirilib və rəsmilər cinayəti ört-basdır etməyə çalışır. Jurnalisləri Müdafiə Komitəsinin 2008-ci ildə apardığı araşdırmaya görə, rəsmilərin cinayətdə Gürcüstan vətəndaşlarını müqəssir göstərməsinə baxmayraq, onların həbsi, ya da təhvil verilməsi ilə bağlı addımlar atılmayıb. Son illər olduğu kimi, rəsmilər Hüseynovun işi ilə bağlı istintaqın nəticələri haqda heç bir məlumat verməyiblər.
2010-cu ilin martında Strasburqda yerləşən Avropa İnsan Haqları məhkəməsi hökumət onun ifadə azadlığını pozduğu, ədalətli məhkəmə və təqsirsizlik prezumpsiyasını təmin etmədiyinə görə, Fətullayevin dərhal azad edilməsi haqda qərar çıxardı. İnsan Haqlarına dair Avropa Konvensiyasına imza atan Azərbaycan Avropa Məhkəməsinin qərarlarını yerinə yetirməlidir.
Avropa Məhkəməsi Azərbaycanın apellyasiyasını rədd etsə də, Fətullayev ilin sonuna qədər hələ də həbsxanada saxlanırdı. Jurnalisləri Müdafiə Komitəsinin araşdırması göstərir ki, o vaxta kimi Azərbaycan rəsmiləri redaktora qarşı yeni saxta ittihamlar irəli sürdü. İyul ayında Qaradağ rayon məhkəməsi Fətullayevi guya cibindən heroin tapıldığına görə daha iki il yarım həbs cəzasına məhkum etdi. Fətullayev bu ittihamları rədd edərək deyir ki, həbsxana mühafizəçiləri o, duş qəbul edərkən narkotikləri onun cibinə qoyublar. Fətullayevin məhkəmə işi və rəsmilərin redaktoru uzun müddət təqib etməsini nəzərə alaraq, Jurnalisləri Müdafiə Komitəsi narkotik maddələrin saxlanması ittihamlarının əsassız olduğunu hesab edir. Strasburq məhkəməsinin qərarlarının icrasına nəzarət edən Avropa Şurasının Nazirlər Komitəsi dekabr ayında Bakını Fətullayevin azad edilməsi qərarını yerinə yetirmədiyinə görə tənbeh etmişdi.
Fətullayevin tərəfdarları mart ayında redaktorun həbsxanadan Hüseynovun qətlində Milli Təhlükəsizlik nazirliyinin rəsmilərini ittiham etdiyi bəyanatını açıqlamasından sonra aqressiv təqib kampaniyası ilə qarşılaşdı. Martın 17-də naməlum şəxs redaktorun atası Emin Fətullayevin Bakıdakı evinə zəng edib və deyib ki, onun özü və oğlu “birdəfəlik susmalıdır, əks halda bütün ailə məhv ediləcək”-deyə Fətullayevin atası Jurnalisləri Müdafiə Komitəsinə bildirib.
Milli Təhlükəsizlik nazirliyinin əməkdaşları Fətullayevin iddiaları ilə bağlı məlumatı dərc edən jurnalistləri Bakıda qərargaha çağırmağa başladı. Mətbuatda verilən məlumatlara əsasən, Turan agentliyinin direktoru Mehman Əliyev, Yeni Musavat qəzetinin redaktoru Rauf Arifoğlu, həftəlik Nota qəzetinin müxbiri Fərəməz Novruzoğlu və ABŞ-ın maliyyələşdirdiyi Azadlıq radiosunun Bakı ofisinin rəhbəri Xədicə İsmaylova çağırılanlar arasında olub. Fətullayevin vəkili Eçin Sadıqov da bəyanatla əlaqədar Milli Təhlükəsizlik nazirliyinə çağırılıb. Bu söhbətlər zamanı Milli Təhlükəsizlik nazirliyinin əməkdaşları açıq bildiriblər ki, onlar məlumatların ölkənin imicinə mənfi təsir göstərdiyini düşünür.
May ayında rəsmilər Azərbaycanda söz azadlığı ilə bağlı Fətullayevin işinə həsr edilmiş sənədli film çəkən norveçli iki jurnalistdən foto-şəkilləri, video materialları və sənədləri müsadirə edib. Müxbir və sənədli filmlər çəkən prodüser Erlinq Borqenin sözlərinə görə, o və video-operator Daq İnqe Dal bir həfətlik səfərdən sonra ölkəni tərk etdikləri vaxt Bakının beynəlxalq hava limanında özlərini təqdim etməyən yeddi nəfər onlara yaxşınlaşıb. Çəkinin artıq olduğunu deyən şəxslər onların yüklərini müsadirə edib və əl çantalarını yoxlayıb. Borqenin sözlərinə görə, onlar Osloya çatanda reportajla bağlı materillar onların çantalarından yox olmuşdu. Lakin jurnalistlərdə materialların ehtiyat nüsxələri olduğu üçün onlar sənədli filmi baş çatdıra bilib.
Jurnalistləri Müdafiə Komitəsinin apardığı araşdırmaya əsasən, Azərbaycan rəsmiləri müntəzəm olaraq jurnalistləri saxlamaq və həbs etmək üçün müxtəlif yollara əl atır. Müstəqil blogerlər Emin Milli və Adnan Hacızadə hökumətin siyasətini gülüş hədəfinə çevirən satirik süjetlərə görə 2010-cu ilin böyük hissəsini saxta ittihamlar əsasında həbsdə keçirib. Onlar 2009-cu ildə barda baş vermiş davanın qurbanları olmuş və xuliqanlıq ittihamları ilə həbs edilmişdi. Jurnalistlər apellasiya müraciətinə baxılmazdan əvvəl noyabrda azad ediib. Milli iki il yarım, Hacızadə isə iki il həbs cəzası ilə qarşılaşa bilərdi.
Onların həbsi ilə əlaqədar şərait müxalif “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidin işinə bənzəyir. İki il həbsxanada keçirdikdən sonra azad edilmiş Zahidov da xuliqanlığa görə həbs edilmişdi. Jurnalistləri Müdafiə Komitəsinin araşdırmalarına əsasən, redaktor da əvvəlcədən hazırlanmış davaya cəlb edilib və xuluqanlıq ittihamları ilə həsb edilmişdi.
Kütləvi informasiya vasitələrinin əsas informasiya mənbəyi olduğunu başa düşərək, hökumət səkkiz milli və 14 vilayət televiziya stansiyasını sıx nəzarət altında saxlayır. Televiziya və Radio Milli Yayım Şurasının bütün doqquz üzvü prezident tərəfindən təyin olunur. Şura yayım vasitələrini Əliyevin müttəfiqlərinin əlində saxlamağa nail oldu. Milli yayım şurası BBC, ABŞ hökuməti tərəfindən maliyyəşdirilələn Amerikanın Səsi və Azadlıq radiostansiyalarının Azərbaycanda FM dalğasında yayımını dayandırmağa davam edir. 2010-cu ildə mətbuatın verdiyi məlumata əsasən, yayım şurası onlayn radio və televiziya stansiyalarının lisenziya alması üçün yeni qaydalar üzərində işləyirdi.
Hökumət AzTV və hökumətə yaxın özəl radio və televiziya stansiyalarından Əliyevi tərif edən və hakim Yeni Azərbaycan partiyasının noyabr ayında parlament seçkilərində qələbəsini təmin edən təbliğat yönlü proqramlar yayımlamaq üçün istifadə edib.
Çox az sayda jurnalist prezident və onun ailəsini tənqid etməyə cəsarət edib və ölkədə məhdudlaşdırıcı qanunların mövcud olması, məhkəmələrin siyasiləşməsi və nəzarət orqanlarında qərəzliliyə görə özünü senzura geniş yayılıb. Böhtan cinayət olaraq qalır, jurnalistlərsə böhtan ittihamı ilə üç ilə qədər həbs cəzası ala bilər. Bununla yanaşı, fotoqrafların əvvəlcədən razılıq almadan şəkil çəkməsini qadağan edən və mətbu orqanların bu və ya digər xəbərə etiraz edən şəxslərin təkzibini nəşr etməsini nəzərdə tutan yeni qanunun 2009-cu ildə qüvvəyə minməsi özünü-senzuranın artmasına səbəb oldu.
Ənənəvi kütləvi informasiya vasitələrinin fəaliyyətinə məhdudiyyətlərin qoyulması xüsusilə də şəhərdə yaşayan və təhsilli gənclərin internetə üz tutmasına gətirib çıxardı. Beynəlxalq elektro-rabitə birliyinin məlumatına görə, ölkədə internet istifadəçilərinin sayı artaraq, 44 faiz təşkil edib. Yerli və beynəlxalq mətbuatın vediyi məlumata görə, gənclər mobil telefonlar vasitəsil çəkilmiş foto-şəkillər və videoları YouTube səhəfəsində yerləşdirməyə başlayıb.
Xəbərlər və şərhlərin müstəqil işıqlandırılmasından narahat olan hökumətin ölkə daxilində vaxtaşırı tənqidi veb səhifələri blok etməsindən şübhələnilir. Azad Avropa/Azadlıq radiosunun məlumatlarına əsasən, mart ayında Washington Post qəzetində prezidentin üç uşağının adına Dubayda 75 milyon dollarlıq daşınmaz əmlak alındığına dair məqalənin tərcümə edilməsindən sonra Azadlıq radiosunun Azərbaycan dilində veb səhifəsi iki gün blok edilib. Azad Avropa/Azadlıq radiosunun texniki işçiləri problemin Azərbaycanda yarandığını bildirib, hökumət və internet provayder bununla bağlı şərh verməyib.
Jurnalistlər cəzasızlıq atmosferində işləyib, belə ki, hökumət mətbuata hücumları araşdırmayıb. Turan agentliyinin verdiyi məlumata görə, iyulun 28-də Yeni Musavat qəzetinin müxbiri Elmin Bədəlov və Milli Yol qəzetinin redaktor müavini Anar Gəraylı Mərdəkanda deyilənlərə görə, nəqliyyat naziri Ziya Məmmədova məxsus olan lüks villanın şəklini çəkərkən naməlum şəxslər tərəfindən hücuma məruz qalıblar. Kütləvi mətbuat vasitələrinin verdiyi məlumata görə, Məmmədovun cangüdənləri olan hücumçular Bədəlovun burnunu sındırıb və onun kamerasını sıradan çıxarıb, lakin məsuliyətə cəlb olunmayıblar. Rəsmi şərh verilməyib.
Naxçıvanda hadisələrin işıqlandırılması xüsusilə təhlükəli olub, yalnız bir qrup müstəqil jurnalist hökumətdə korrupsiya və regionda yoxsulluq səviyyəsində yaşayan insanların əzilməsi haqda məlumatlar yaymağa çalışıb. Azadlıq radiosunun verdiyi məlumata əsasən, yanvar ayında polis Bənanyar kəndinin sakinlərinin ərzaq kiosklarının bağlanmasına etiraz olaraq nümayini dağıtdıqdan sonra jurnaslistləri bir həftə oraya buraxmayıb. Sakinləri qorxutmaq və razı olmayanları həbs etmək məqsədilə kəndə yüzlərlə pois göndərilib.
Sentyabr ayında Naxçıvan rəsmiləri Reportyorların Azadlılğı və Təhlükəsizliyi institutunun yerli müxbirləri Elman Abbasov və Hakimeldostu Mehdiyevin qorxudulması kampaniyasına başlayıb.
Mətbuat azadlığının pozulması ilə bağlı beynəlxalq tənqidlərlə hökumət çox vaxt problemləri sənədləşdirənlərə qarşı təzyiqləri artırmaqla cavab verib.