Cənubi Koreya Şimalla bağlı diplomatiyaya yenidən səhnə olub. Bu ölkə rəsmiləri hazırda Vaşinqtondan olan həmkarlarını qəbul etməklə məşğuldur. ABŞ-ın dövlət katibinin müavini Kürt Kampbell Cenevrədə Şimali Koreya rəsmiləri ilə başa vurduğu danışıqların ikinci raundu barədə Cənubla mazakirələr aparmaq məqsədi ilə Seuldadır.
ABŞ-ın müdafiə naziri Leon Panetta Amerikanın Cənubi Koreyanı Şimali Koreyanın təhriklərindən müdafiə edəcəyinə vəd verib. Nazir bildirib ki, Amerika və Cənubi Koreya qüvvələri Şimalın müharibə təhdidlərinə cavab vermək üçün hazır vəziyyətdədir. Müdafiə naziri gələnbu gün və sabah Cənubi Koreyanın hökumət və müdafiə rəsmiləri ilə görüşməlidir.