ABŞ prezidenti Barak Obama İranın nüvə proqramının davamlı bir hədə olduğunu deyib, O, Fransa prezidenti Nikola Sarkozi ilə Tehrana nüvə cavabdehliyi sahəsində ciddi təzyiqlər göstərilməsi razılığı əldə etdiklərini bildirib. ABŞ dövlət başçısı bunları Fransanın Kann şəhərində keçiriləcək Böyük İyirmiliyin sammitindən öncə deyib. Cənab Obama deyib ki, o və cənab Sarkozi İranla əlaqədar bir sıra təhlükəsizlik məsələlərini müzakirə ediblər.