Dünya ölkələrinin liderləri Fransanın Kann şəhərində Böyük İyirmiliyin sammitinin ikinci və sonuncu gününü keçirib. Bugünkü müzakirələr qlobal iqtisadiyyatın sabitləşdirilməsi üzərində mərkəzləşib. Sammit iştirakçıları ölkədaxili ishehlak və Beynəlxalq Valyuta Fondunun resurslarının artırılması kimi məsələləri müzakirə edib.
Toplantının qlobal marketlərdə sakitliyin bərqərar edilməsi və maliyyə qaydalarının möhkəmləndirilməsinə həsr ediləcəyi gözlənilsə də, Yunanıstanın kredit şərtlərinə əməl etməsi məsələsi diqqət mərkəzində olub.
Dünən Fransa prezidenti Nikola Sakozi bir daha Yunanıstanı Avropa İttifaqının planını qəbul etməyə çağırıb.Plan Yunanıstanın büdcə ixtisarını nəzərdə tutur. Yunanıstanın baş naziri Corc Papandreu planla bağlı referendum keçirilməsini istəyirdi, Lakin müxalifətin planı dəstəklədiyini birldiməsindən sonra referendum ideyasından əl çəkilib.