Çinli dissident Amerikaya gəldi

  • Amerikanın səsi

Kor çinli dissident Çen Quanqçen şənbə günü Birləşmiş Ştatlara gəlib. Pekin hospitalından çıxaraq dərhal Nyu York gələn Çen deyib ki, “azadlıq və bəabərlik sərhəd tanımır!”

Çen ötən ay şimal-şərqi Çindəki ev dustaqlığından qurtularaq ABŞ-ın Pekindəki səfirliyində sığınacaq tapmışdı. Bu insident Çin hökumətini qəzəbləndirmiş və ABŞ-la münasibətlərdə problem yaratmışdı.

"Məmnunam ki, Çin hökuməti situasiyaya sakitliklə yanaşıb, və ümid edirəm ki, onlar aşkarlığa şərait yaratmaqda davam edəcək və insanların etimadını və hörmətini qazanacaqlar," deyə Çen Manhattandakı tələbə yataqxanası qarşısında müxbirlərə tərcüməçi vasitəsilə bildirib.

ABŞ dövlət katibi Hillari Klintonun Çinə səfəri əsnasında Çenin ABŞ-a gəlməsi haqda anlaşma əldə olundu. Nyu York Universitetinin Hüquq Məktəbi Çen üçün təqaüd ayıraraq onu Birləşmiş Ştatlara dəvət etdi.