Çin İrana qarşı sanksiyaların əleyhinə çıxır

  • Amerikanın səsi

Çin İrana qarşı sanksiyaların əleyhinə çıxır

Çin rəsmiləri bildirirlər ki, sanksiyalar İranın nüvə proqramı ətrafında dolaşan beynəlxalq narahatlıqları "fundamental" şəkildə aradan qaldırmayacaq.

Xarici işlər nazirliyinin sözçüsünün bəyanatı Qərb qüdrətlərinin dünənki hədəsindən sonraya təsadüf edir. Britaniya, Fransa və Almaniya bildiriblər ki, əgər İran BMT müfəttişləri ilə əməkdaşlıq etməsə, onda əlavə BMT sanksiyaları ilə üzləşə bilər. Beynəlxalq Atom Enerjisi Agentliyi bəyan edib ki, onun əlində İranın atom bombası istehsal etmək niyyətində olduğuna dair inandırıcı dəlil var.

Tehran nüvə proqramının dinc mahiyyət daşıdığını israr edir.