Bu həftə Tibetdə yeni ilin gəlişi bayram edildikdən sonra və Dalay Lamanın mühacirətə gedişininin ildönümü ərəfəsində Çin hökuməti tərəfindən başlanmış basqılar davam edir.
Siçuan vilayətindən daxil olan xəbərdə deyilir ki, tibeli yazıçı, 33 yaşlı Qangkye Drupba Kyab həbs olunub. Xəbərlərə əsasən o, çərşənbə günü Seda regionundakı evində həbs olunub və hələ də azad edilməyib.
Ötən həftələrdə Tibetdə Çin təhlükəsizlik qüvvələrinin mövcudluğuna etiraz əlaməti olaraq bir neçə adam özünü yandırıb. Onların sırasında özünün Çinqhay vilayətində yandırmış bir rahib də var. İki tibetli yeniyetmə oxşar metodla bu yayın əvvəlində intihar etmişdilər.
Cümə günü Çin polisi Hindistanda Dalay Lamanın dərslərindən qayıdan yüzlərlə tibetlini həbs edib. Çin hökuməti Azad Tibet hərəkatında iştirak edən beynəlxalq təşkilatları ölkədə sabitliyi pozmaq cəhdində ittiham edir.