Çin Avropa İttifaqının İran neftinin idxalına qadağa qoymasının Tehranın mübahisəli nüvə proqramına konstruktiv reaksiya olmadığını bildirib.
Avropa İttifaqı bazar ertəsi İrandan neft idxalına qadağa tətbiq edib. Bu, ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar tətbiq etməsindən bir həftə sonraya təsadüf edib. Pekin İranın əsas müttəfiqi və İslam Respublikasının ən iri neft müştərilərindən biridir. Çinin baş naziri Ven Ciabao dünən Qatarın Doha şəhərində keçirilən mətbuat konfransında ölkəsinin İrandan nefti almasını müdafiə edib.
Çin hökuməti Tehranın nüvə silahı istehsal etməsinə qarşı çıxır. Lakin Pekin ABŞ-ın daha kəskin sanksiyalar tətbiq etməsini tənqid edərək bildirib ki, bu addımlar vəziyyətin daha da gərginləşməsinə və qlobal neft qiymətlərinin bahalaşmasına gətirib çıxaracaq.