Minsk qrupunun amerikalı həmsədri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından danışıb
Vaşinqton Qarabağ nizamlanması üzrə sülh danışıqlarında “yeni səylərə və etimada” ümid edir. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Turan-ın müxbiri ilə söhbətində bildirib.
Həmsədrlərin regiona gözlənilən səfərinə toxunan həmsədr qeyd edib ki, işinin mənasını hər iki ölkənin xalqları və hökumətləri tərəfindən regionda uzun müddətli sülhü təmin edən qərarlar qəbul edilməsində görür.
“Regionla tanışlığım təsdiq edir ki, insanlar münaqişənin tənzimlənməsini istəyir və itkilər olacağını dərk edir... Münaqişə həll edilsə, əminəm ki, Qafqaza çiçəklənmə gətirəcək. Buna görə biz insanlara və hökumətlərə bu məqsədlərə nail olmaq imkanı verən yollar axtarmalı və tapmalıyıq”, o bildirib.
Regiondakı vəziyyəti “təhlükəli” adlandıran Uorlik qeyd edib ki, Ermənistan və Azərbaycan silahlanmaqda davam edir, baxmayaraq ki, hər iki lider sülh variantını və Minsk qrupu formatını seçərsə, münaqişə “alternativ imkanlara” malikdir.
Bu gün vasitəçilərin uzun müddət sonra ilk dəfə iki ölkə liderini bir masa arxasına əyləşdirməyə çalışdığını nəzərə alsaq, “tərəflərin bir-birinə etimadı həyati əhəmiyyət kəsb etməyə başlayır”, o qeyd edib.
“Gələn həftə biz hər iki prezidentlə görüşmək üçün regiona səfərə hazırlaşırıq və ümid edirik ki, onlar bir-biri ilə görüşmək qərarı verəcəklər... Qapıları açıq qoymaq və əlaqə saxlamaq, irəliləmək haqqında səmərəli danışıqlar aparmaq mühümdür. Ümid edirəm ki, Minsk qrupu bu məsələdə kömək edə biləcək”, Uorlik vurğulayıb.
Gələcək görüşün vaxtı və yeri haqqında suala cavab verən həmsədr deyib ki, “bu, prezidentlərin özlərindən asılı olacaq”.
“Ümid edirəm ki, bu, tezliklə olacaq, amma onların özlərindən asılıdır”, həmsədr bildirib.
Danışıqların detallarına və müzakirə olunan mövzulara gəlincə, diplomat qeyd edib ki, “irəliyə real baxmaq lazımdır”.
“İndi tam miqyaslı danışıqlar aparılması və qərar əldə edilməsi üçün zəruri olan təcrübi addımlar atılmalıdır... Ermənistan və Azərbaycan xalqları məhz bunu gözləyir”, o bildirib.
Çərşənbə günü Ceyms Uorlik Corctaun Universitetində Rusiya, ABŞ və İranın Cənubi Qafqazdakı siyasətinə həsr olunmuş konfransda çıxış edib.
“Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, baxmayaraq ki, onu unudulmuş münaqişə adlandırmaq olar”, o, çıxışında qeyd edib.