Cenevrədə koreyalılar savaşıblar

  • Amerikanın səsi

Cənubi Koreya qanunvericiləri BMT İnsan Haqları Şurasının İsveçrədəki qərargahı qarşısında Şimali Koreya diplomatı ilə toqquşublar.

Əlbəyaxa Cənubi Koreya siyasətçilərindən ibarət qrup Şimali Koryeanın Cenevrədəki səfiri So Se-Pyonqa yaxınlaşdıqdan sonra başlayıb. İnsidentdən bir az öncə So Se-Pyonq BMT-nin Pxenyan tərəfindən insan haqları pozuntularına dair hesabatını rədd etmişdi.

Təhlükəsizlik işçiləri tərəfləri cəld ayırıb və ən azı bir rəsmi saxanılıb.

Cənubi Koreya rəsmiləri kommunist ölkəsindən Çinə qaçmış və hazırda deportasiya ilə üzləşən şimali koreyalı defektorlara dəstək şüarları səsləndirirdilər.