Accessibility links

Şimali Koreya hökuməti aprel ayında xüsusi konfrans keçirəcək


Şimali Koreya hökuməti aprel ayında xüsusi iclasını keçirəcəyini bildirib. Kommunist partiyasının qurultayında Kim ailəsinin üçüncü nəslinin hakimiyyətinin təsdiq ediləcəyi gözlənilir.

Koreya Dövlət Mərkəzi Xəbər Agentliyi bu gün bildirib ki, iclas "müqqəddəs inqilabçı lider"in həyatı və qəhrəmanlığını tərənnüm edəcək. Bu, 2010-cu ildə sentyabr ayından bəri partiyanın keçirəcəyi ilk iclas olacaq. O zaman Kim Conq Un Mərkəzi Hərbi Komissiyanın sədri vəzifəsinə seçilərkən atasının davamçısı kimi ilk dəfə olaraq ictimayyət qarşısında çıxış etmişdir. Bu, 30 il ərzində keçirilən ilk qurultay olmuşdu.

Ekspertlərin sözlərinə görə aprel ayında keçiriləcək qurultay Kim Conq Unun partiyada daha yüksək vəzifəyə seçiləcəyi gözlənilir.

XS
SM
MD
LG