Talibanın paytaxt Kabili ələ keçirməsi və “Əfqanıstan İslam Əmirliyinin” yenidən elan ediləcəyinə dair xəbərlər həm dövlətlər, həm də bölgə xalqlarının diqqət mərkəzindədir.
Siyasi şərhçi Cəlal Rövşən Amerikanın Səsi ilə müsahibədə Talibanın beynəlxalq legitimliyə nail olmağa çalışması, habelə Əfqanıstandakı siyasi böhranın bölgədəki təsirləri haqqında danışıb.
Your browser doesn’t support HTML5
Ölkə üzərində nəzarətini gücləndirən Taliban “İslam qanunları çərçivəsində” qadın hüquqlarına hörmət edəcəyinə və “inklüziv İslam” hökuməti quracağına söz verib.
1996-2001 illərindəki Taliban ilə indiki Taliban arasında üzdə və görünüşdə də olsa biraz fərq var.
Cəlal Rövşən deyir ki, “1996-2001 illərindəki Taliban ilə indiki Taliban arasında üzdə və görünüşdə də olsa biraz fərq var... Taliban içəridə birləşdirici, daha yumşaq, daha mötədil bir yol izləyərək beynəlxalq ictimaiyyətin də etimadını cəlb etməyə çalışaraq tanınmaq istəyir. Əlbəttə tanınma məsələsini həll edib, rəsmi olaraq bir dövlət kimi tanındıqdan sonra necə bir yol izləyəcək, o yumşalma davam edəcəkmi, yoxsa yenə də keçmiş metodlarına geri dönəcəkmi, bunu zaman göstərəcək.”
SEE ALSO: Taliban keçmiş rəqibləri ilə görüş keçirirEkspertlər Əfqanıstandakı siyasi böhranın bölgədə cərəyan edən mədəni və siyasi proseslərə də təsir göstərə biləcəyini önə çəkirlər..
Dəyişim əgər olacaqsa kəsinliklə toplumun içindən, ölkənin içindən və milli güclərin içindən olmalıdır. Heç bir xarici güc bunu gətirə bilməz.
Cəlal Rövşənin sözlərinə görə, “qeyri-demokratik toplumlarda yaşayan insanlar baxımından [dəyişikliyə qarşı] təmkinli davranmaq və etimadsızlıq zatən 10 ildir başlayıb. Yəni, Suriya, Misir, Tunis və Liviya bunun ən açıq örnəkləridir. Bu ölkələrdə sular durulmur. Əfqanıstanda baş verənlər, təbii ki, bu mövzunu çox vurucu şəkildə dünyanın önünə qoydu.”
O, eyni zamanda hesab edir ki, Əfqanıstanda baş verənlər doğru dəyərləndirildiyi təqdirdə digər xalqlar üçün dərs mahiyyətində ola bilər.
“Əgər baş verənlər doğru oxunsa, onun pərdə arxası oxunsa, tarixi prosesi oxunsa çox da yaxşı bir örnəkdir. Yaxşı bir təcrübədir. Yetər ki, bundan istifadə edək. Bu nədir? Dəyişim əgər olacaqsa kəsinliklə toplumun içindən, ölkənin içindən və milli güclərin içindən olmalıdır. Heç bir xarici güc bunu gətirə bilməz.”