Müdafiə Nazirliyi: Erməni kəşfiyyat-diversiya qrupunun 4 üzvü məhv edilib, 1-i tutulub

Müdafiə nazirliyi

Ermənistan diversiya qrupunun qarşısı alınarkən Azərbaycan Ordusu itki verməyib

Bu gün Tovuz rayonunun (Bakıdan 430 kilometr qərb) ərazisində Ermənistanın kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, itkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun 4 üzvü məhv edilib, daha bir üzvü Berd rayonunun Çinari kənd sakini Karen Petrosyan isə Azərbaycan əsgərləri tərəfindən tutulub.

Hazırda dəstənin planı və fəaliyyətinin araşdırılması ilə əlaqədar iş aparılır.

Ermənistan diversiya qrupunun cəhdinin qarşısı alınarkən Azərbaycan Ordusu itki verməyib.

Hələlik Ermənistan tərəfi bu barədə məlumat yaymayıb.