''Bu, siyasi niyyət yox, ictimai fikrin yoxlanmasıdır'' [Audio-Müsahibə]

Eldar Namazov

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov Amerikanın Səsinə müsahibəsində Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT) üzvlüyün mümkünlüyündən və bunun ölkənin geosiyasi durumuna hansı təsirləri ola biləcəyindən danışır

Your browser doesn’t support HTML5

''Bu siyasi niyyət yox, ictimai fikrin yoxlanmasıdır''

Eldar Namazov bildirib ki, Azərbaycanın bu quruma üzvlüyü ilə bağlı dövlət rəsmiləri tərəfindən ancaq Milli Məclisin üzvü Əli Hüseynovun bəyanatı olub. O düşünür ki, hələlik bu bəyanat siyasi niyyət yox, ölkə daxilində və xaricində reaksiyaların yoxlanması üçün nəzərdə tutulub.

Əgər Azərbaycan KTMT qoşulsa bu təkcə Qarabağ məsələsinin həlli ilə bağlı ola bilər.

''Ermənistanın bütün resursu ondan ibarətdir ki, həmin təşkilatın üzvü olduğu üçün digər üzvlər, xüsusilə də Rusiya Ermənistana hərbi yardım etməlidir. Quruma üzvlük bəyanatların səslənməsi onunla bağlıdır ki, Ermənistana mesaj göndərilir ki, əgər döyüşlər Qarabağ ərazisi ətrafında keçiriləcəksə, həmin təşkilatın bu ərazilərə aidiyyatı və ya mandatı olmadığı üçün həmin ölkələr Ermənistana hərbi dəstək verə bilməzlər.''

Eks-prezident Heydər Əliyevin köməkçisi olmuş Eldar Namazov əlavə edib ki, bu həm də Qərb ölkələrinə bir mesajdır ki, BMT-nin Qarabağla bağlı qətnamələrinin yerinə yetirilməsinə çalışmalıdır.

Ölkələr arasında ancaq Rusiya bu təşkilatı NATO-ya qarşı hərb blok kimi görür.

''Bu eyni zamanda Qərbə, ABŞ-a və Fransaya mesajdır ki, siz Minsk qrupunun həmsədrləri kimi niyə 25 ilin içərisində Ermənistana təzyiq etməmisiniz ki, işğal etdiyi ərazilərdən çıxsın.''

Eldar Namazov qeyd edib ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrin özləri də bu təşkilata müxtəlif siyasi qiymətlər verir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov, Prezidentlər Ermənistan Serj Sarkisyan, Belarus Aleksandr Lukaşenko, Qırğızıstan Sooronbai Jeenbekov, Rusiya Vladimir Putin və Tacikistan İmaməli Rəhmon təşkilatın toplantısında. Minsk, 30 noyabr, 2017.

''Bəziləri bunu hərbi blok adlandırır. Bu, daha çox Rusiya tərəfindən səsləndirilən fikirdir. Ancaq digər ölkələr bu təşkilata beynəlxalq qurum kimi baxırlar. Yəni burada söhbət təkcə hərbi deyil, eyni zamanda ekoloji, informasiya və digər təhlükəsizlikdən gedir."

Daha çox ATƏT-in kiçik forması kmi qələmə verirlər.

Azərbaycanın təşkilata üzv olduğu halda bunun Qərblə, xüsusilə də NATO ilə ikitərəfli münasibətlərinə necə təsir edəcəyi ilə bağlı sualımızı cavablandıran cənab Namazov bildirib ki, hazırda təşkilata üzv ölkələr arasında da qərb ölkələri ilə yaxın əlaqələri olan ölkələr var.

''Çoxları düşünürdü ki, MDB-yə daxil olmaq ölkənin öz müstəqilliyini itirməsi deməkdir. Ancaq məlum oldu ki, MDB-ə daxil olan ölkələr arasında Ukrayna, Gürcüstan, Qazaxıstan, Moldova kimi ölkələr var ki, onlar MDB-nin güclü təşkilata çevrilməsinə əleyhinədir və faktiki olaraq SSRİ-nin dağılmasını daha rahat yolla həyata keçirilməsini bir modeli kimi görürdülər. Mən eyni simptomları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında da görürəm.''