Suriya qüvvələri yenidən hərbi əməliyyatlara başlayıb

  • Amerikanın səsi

Suriya qüvvələri beynəlxalq atəşkəs planına əsasən bir neçə şəhərdən qoşunları çıxaracağını bəyan etdikdən cəmi bir neçə saat sonra yeni hərbi əməliyyatlar həyata keçirib.

Fəalların sözlərinə görə bu gün tanklar hücuma keçərək şəhər və kəndləri viran qoyub. Homs şəhərində bir neçə məhəllədə müxalifətin istehkamları hücumlara məruz qalıb. Fəalların sözlərinə görə əməliyyatlar şimali-şərqdən Türkiyə sərhədinə və cənubda Dəraya qədər iri əraziləri əhatə edib.

Zorakılıqlar Əsədin Kofi Annanla aprel ayının 10-na nəzərdə tutulmuş sülh planını həyata keçirməyə razılıq verməsinə baxmayaraq yenidən vüsət alıb.