Misirdə sabiq prezident Hüsnü Mübarəki hakimiyyətdən devirən hərəkatın ildönümü mərasimləri davam edir. Bu gün Misir fəalları yenidən Təhrir meydanına toplaşıblar. Nümayişçilərdən ibarət bir qrup çərşənbə axşamından bəri meydanda çadır qurub. Küçələrə çıxan misirlilərin bəziləri ildönümünü bayram edir, digərləri hərbi hakimiyyətə son qoymağa çağırıb.
Azı 27 demokratiya yönümlü qrupun nümayişlərdə iştirak edəcəyi gözlənilir. Bir çox nümayişçi hərbi hakimiyyətə dərhal son qoyulmasını və hakimiyyətin mülkü hökumətə təhvil verilməsini tələb edir.