Bu gün Əfqanıstan müharibəsinin başlanğıcının 10-cu ildönümüdür

  • Amerikanın səsi

Bu gün Əfqanıstan müharibəsinin başlanğıcının 10-cu ildönümüdür

Bu gün oktyabr ayının 7-si 2011-ci il terror aksiyalarından sonra Əl-Qaidəni hədəf alan Əfqanıstan müharibəsinin başlanğıcının 10-cu ildönümüdür. Müharibənin başlanğıcından 10 il sonra Əl-Qaidə Lideri Üsamə Bin Laden attıq həyatda deyil. O, cari ilin əvvələrində ABŞ-ın xüsus təyinatlı qüvvələri tərəfindən Pakistanda öldürülüb.

Lakin 1800 Amerika əsgərinin həlak olduğu müharibə bu gün də davam edir. NATO və ABŞ 2014-cü ilin sonunadək təhlükəsizliyin məsuliyyətini əfqan qüvvələrinə həvalə etməyi planlaşdırır. Ötən iyun ayında ABŞ prezidenti Barak Obama 33 min əsgərdən ibarət hərbi qüvvəni Əfqanıstandan çıxarmağa başlayıb.

Amerikalılar 10 il əvvəl Əfqanıstan müharibəsinə güclü dəstək veririrdi. Onlar həm də 4500 amerikalının həyatı bahasına başa gələn İraq müharibəsini də dəstəkləyirdi.

İctimai rəy sorğularına görə, Amerikanın Əfqanıstanı tərk etdiyi vaxt əldə edilən nailiyyətlər insanları narahat edir. CBS xəbər agentliyinin sorğularının nəticələri amerikalıların yarısının müharibədə nailiyyət əldə edildiyinə inanmağını göstərib.

İyun ayında Amerikada keçirilən merlər konfransında prezident Obama və Konqres Amerikanın İraq və Əfqanıstan müharibələrindən uzaqlaşdırılması səylərinin sürətləndirilməsinə çağırılmışdı.

Merlər strateji imkan daxilində müharibələrə son qoyulması və müharibələrə xərclənən pulların ölkədəki ehtiyaclara sərf edilməsinə səsləmişdi.

ABŞ prezidenti Barak Obama öz Demokrat patiyasının üzvləri tərəfində də təzyiqlərə məruz qalıb. Demokrat senator Cim Vebb müdafiə naziri Leon Panetta və Hərbi Qərargahlar rəisi Maykl Mallenə öz mövqeyini açıqlayıb.O deyib ki,

əgər siz uzunmüddətli müharibəyə səbrlə yanaşılmasını istəyirsinizsə, Əfqanıstan müharibəsinin ölkəmizin maraqlarına necə xidmət etdiyinə aydınlıq gətirməlisiniz.

ABŞ prezidentliyinə respublikaçı namizədlər Barak Obamanın qüvvələri geri çəkməsinin siyasi motivlərə əsaslandığını deyir. Mitt Romni və digər namizədlər Əfqanıstanın təhlükəsizliyik öhdəliklərini əfqanların özlərinin çiyinlərinə götürməsi ilə razılaşır.

Konqreson son hesabatında böyük problemlərin hələ də qaldığı və indi münaqişənin həllinin sonu deyil, başlanğıcı olduğu bildirilir. Amerikanın Əfqanıstan müharibəsinin 10 illik xərci 400 milyard dollar olub.