Bu gün ABŞ dövlət katibi Banqladeşə səfər edib

  • Amerikanın səsi

ABŞ dövlət katibi Hilari Klinton Banqladeşə səfər edib. Dövlət katibinin Vaşınqtonla Daka arasında münasibətlərin yeni mərhələyə keçirilməsi barədə danışıqlarda iştirak edəcəyi gözlənilir. ABŞ və Banqladeş rəsmiləri danışıqların strateji və iqtisadi əməkdaşlığın genişləndirilməsini əhatə edəcəyini deyib.

Banqladeş rəsmiləri ABŞ-ın ölkələrinə daha çox investisiya qoyuluşunu və ABŞ bazarına daha da geniş çıxış istədiklərini bildiriblər. Cümə günü baş nazir Hasinanın beynəlxalq məsələlər üzrə məsləhətçisi müxbirlərə səfərin olduqca mühüm olduğunu deyib. Qovher Rizvi deyib ki, Banqladeş və ABŞ geniş ortaq baxışlar və ictimayi maraqlara malikdir.