Bakı-London marşrutu ilə hərəkət edən sərnişin təyyarəsi havada olarkən mühərriklərinin birində texniki nasazlıq yaranıb.
British Airways şirkətinə məxsus Bakı-London marşrutu ilə hərəkət edən sərnişin təyyarəsi havada olarkən mühərriklərinin birində texniki nasazlıq yaranıb. Bu səbəbdən təyyarə Bakı vaxtı ilə saat 13.35-də Bakı Beynəlxalq Hava Limanında qəza enişi edib.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza enişi zamanı zərər çəkən olmayıb.
Təyyarədə problem yaranan andan Fövqəladə Hallar Nazirliyinin qüvvələri hazır vəziyyətə gətirilib.