Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanın ermənilərin nəzarətində olan Kəlbəcər rayonu ərazisində girov götürülmüş azərbaycanlılarla görüşüb.

BQXK-nın Azərbaycan nümayəndəliyinin məlumatına görə, görüşün təfsilatları və girovların saxlanma şəraitləri barədə məlumat ictimaiyyətə açıqlanmır.

İyulun 11-də Ermənistan mediası iki Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxslər Tərtər rayonunun Qapanlı kəndinin sakini Şahbaz Quliyev və Kəlbəcərdən olan Dilqəm Əsgərovdur. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. Həsənov Dağlıq Qarabağda dəfn olunub.

Azərbaycanın Müdafiə Nazirliyi bu şəxslərin ordu sıralarında xidmət etmədiyini bildirib.

Görüşün təfsilatı və girovların saxlanma şəraiti barədə məlumat açıqlanmır