Böyük Səkkizliyin Vaşinqton müzakirələri davam edir

  • Amerikanın səsi

Böyük Səkkizlərin xarici işlər nazirlərinin Vaşinqton müzakirələri davam edir. Müzakirələrin diqqət mərkəzində Suiryada vəziyyət, İranın nüvə proqramı və Şimali Koreyanın raket sınağı məsələləri yer alır.

İkignlük danışıqlar gələn ay Səkkiliyin Vaşinqton yaxınlığında yerləşən Kemp Deyviddə keçiriləcək sammitinə hazırlıq mahiyyəti daşıyır.

ABŞ dövlət katibi Hillari Klinton və Fransanın xarici işlər naziri Alen Juppe, habelə Rusiyanın xarici işlər naziri Sergey Lavrov müzakirələrdə iştirak edir. Hillari Klinton Suriyada zorakılqılara görə qurumun narahatlığından danışıb. Görüş zamanı ABŞ, Fransa və Britaniya Suriya prezidenti Bəşar Əl-Əsədin istefası və ölkədəki siyasi böhranın demokratik yolla həllinə imkan yaradılmasına çağırıb.

Rusiya isə Suriya hökumətini dəstəklədiyini və o ölkəyə silah satışının davam etdiriləcəyini bildirib.

İran məsələsinə gəldikdə isə xanım Klinton diplomatiyaya hələ də vaxt olduğunu bildirib.

ABŞ dövlət katibi Şimali Koreyanın raket sınağını BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə zidd adlandırıb.