BMT humanitar agentlikləri deyirlər ki, Liviya paytaxtının bəzi hissələrində sakinlərin təcili yardıma ehtiyacı var.
BMT bildirir ki, tibbi ləvazimatlar, o cümlədən peyvəndlər çatışmır. Tripoli sakinləri yanacaq və elektrik çatışmazlığı ilə üzləşirlər. Ölkədə konflikt davam etdikcə ərzaq qiymətləri bahalaşır.
Liviya hökuməti NATO-nu dünən hospitalı bombalayaraq yeddi adamı öldürməkdə ittiham edir.
Liviya rəsmiləri jurnalistlərə Ziltan qəsəbəsindəki dağıdılmış xəstəxananın şəkillərini göstəriblər. Rəsmilər jurnalistləri ərzaq anbarlarına aparmış və burada binaların hava zərbələri nəticəsində zədələndiyini demişlər.