Suriya prezidenti Bəşar Əl-Əsəd çoxpartiyalı sistem yaradılacağına vəd verib

  • Amerikanın səsi

Suriyanın İstanbuldakı konsulluğu qarşısında etiraz nümayişinin iştirakçısı əlində Qur-an tutub

Suriya prezidenti Bəşar Əl-Əsəd çoxpartiyalı sistem yaradılacağına vəd verib. Onun bu vədi BMT-nin Təhlükəsizlik Şurasının nümayişçilərə qarşı zorakılara görə Suriya hökumətini tənqid etməsindən bir gün sonraya təsadüf edir. Suriya mətbuatının bildirdiyinə görə, prezident Əsəd ailəsinin əksəriyyət təşkil etdiyi Bəs partiyasından əlavə bütün partiyalara dair fərman imzalayıb.

İnsan haqları müdafiəçiləri isə deyir ki, Suriya təhlükəsizlik qüvvələri dünən axşam ibadətinin ardınca azı dörd nümayişçini öldürüblər. Suriya qüvvələrinin mülki əhaliyə basqıları BMT Təhlükəsizlik Şurası tərəfindən pislənilib.

Fəallar bildirir ki, Suriya əsgərləri prezident Bəşar əl-Əsədə etiraz edən nümayişçilərə paytaxt Dəməşq və mərkəzi Palmira şəhərində hücum ediblər.

BMT Təhlükəsizlik Şurası çərşənbə günü Suriya hökumətinin mülki vətəndaşlara hücumlarını və insan haqları pozuntularını tənqid edib. Bəyanatda məsuliyyət daşıyan bütün tərəflərin cavabdeh tutulmasına çağırılır. Lakin bəyanatda tələblərin icrasını nəzərdə tutan mexanizm yoxdur.

Müxalifətin tələblərinə zidd olaraq Suriyanın hazırkı liderləri Beynəlxalq Cinayət Məhkəməsinə verilmir. Bunun qarşısını alan başlıca qüvvələr Rusiya və şuranın müvəqqəti üzvləri – Braziliya, Hindistan və Cənubi Afrika olublar.