BMT Təhlükəsizlik Şurası Suriyaya ilkin müşahidəçi qrupu göndərməyə qərar verib. Bu arada ölkədə atəşkəsin pozulduğu barədə xəbərlər daxil olmaqdadır.
Şənbə günü yekdilliklə Təhlükəsizlik Şurası 30 silahsız hərbi müşahidəçinin Suriyaya göndərilməsini təsdiq edib. Monitorların yaxın günlərdə Dəməşqə yola düşəcəyi gözlənilir.
Həmin qrup sülh planına riayət olunması barədə BMT və Ərəb Liqasının elçisi Kofi Annana hesabat verəcək. Sülh planı hökumət qüvvələrinin etiraz dalğasının vüsət aldığı regionlardan çıxarılmasına çağırır. Plan habelə üsyançıları döyüşləri dayandırmağa səsləyir.
Suriya qüvvələri atəşkəsə razılıq veriblər, amma hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edir.
İnsan haqları qrupları hökumət qüvvələrinin hələbdə dəfn mərasimi işçtirakçılarına atəş açdıqlarını bildirir. Dünəndən bəri prezident Bəşər Əsədə sadiq qüvələrin beş adamı öldürdükləri xəbər verilir.