BMT Suriyada atəşkəsi qorumağa çalışır

BMT-nin 6 müşahidəçisindən ibarət heyət Suriyada kövrək atəşkəsi monitor etməyə başlayacaq.Ölkədəki fəallar bildirir ki, hökumət qüvvələri müxalifətin istehkamı olan Homsda üsyançıların nəzarətində olan məhəllələrə raket hücumlarını davam etdirir. Ölkənin başqa yerlərində də döyüşlər gedir.

Böyük Britaniyada qərargahlanan Suriya İnsan Haqlarını Müşahidə təşkilatının məlumatına görə, təhlükəsizlik qüvvələri Həma şəhətində iki nəfəri öldürüb.

Son zorakılıqlar mərakeşli polkovnik Əhməd Himmiçenin rəhbərliyi ilə BMT nümayəndə heyəti Suriya paytaxtə Dəməşqə çatandan bir neçə saat sonra baş verib.

Beynəlxalq elçi Kofi Annanın sözçüsü deyib ki, missiya işə baş qərargahların yaradılması, eləcə də Suriya hökuməti və müxalif qüvvələrlə əməkdaşlıqdan başlayacaq. Bu əməkdaşlıq hər iki tərəfin BMT müşahidəçilərinin rolunu tam başa düşməsinə xidmət edəcək.