İranla ABŞ arasında mümkün razılıq Barak Obama prezidentliyinin xarici siyasətdə ən mühüm nailiyyəti ola bilər. Franklin Ruzvelt İkinci Dünya Müharibəsini udmasına, Riçard Nikson Çinlə əlaqələri normallaşdırmasına, Cimmi Karter Kemp-Devid anlaşmasına, Ronald Reyqan isə Soyuq Müharibəni bitirməsinə görə tarixə düşüblər. İslam Respublikası ilə danışıqların intensivliyi Barak Omabanın ABŞ-la İran arasında 30 ildən çox davam edən düşmənçiyilə son qoymaq həvəsinin və bununla arxada bir iz qoyub getmək məramının ciddiliyinə işarədir. Amma bu növ tarixi addımların ciddi riskləri də var.
Lozanna razılaşması etimada əsaslanmyaıb. O, İranın fəaliyyət çevrəsini məhdudlaşdıracaq və şəffaflığı təmin edəcək sərt şərtlərə əsaslanıb.Ernest Moniz, ABŞ Enerji Naziri
Hələ ki, ortada yekun razılıq yoxdur – çərçivə anlaşması var. Bu anlaşmanın hansı nəticə verəcəyi bəlli deyil. Amma üzərində razılaşılan müddəalar danışıqların hər iki tərəfdən əhəmiyyətli komromislərlə müşayiət olunduğunu göstərir. Ən əsası, Obama administrasiyası amerikalıları əmin edir ki, İranı atom bombası istehsalı imkanından məhrum etməklə danışıqlar əsas məqsədinə nail olur.
“Lozanna razılaşması etimada əsaslanmyaıb. O, İranın fəaliyyət çevrəsini məhdudlaşdıracaq və şəffaflığı təmin edəcək sərt şərtlərə əsaslanıb,” ABŞ Enerji Naziri Ernest Moniz yazır. Administrasiya təmsilçisi Amerika ictimaiyyətini əmin edir ki, “müzakirə edilən parametrlər İranın atom bombasına aparan dörd cığırının qarşısını alır.” Bunlar Arak reaktorunda plutonium istehsalı, Natanz və Fordoudakı zənginləşdirmə obyektlərinə silah dərəcəli uran hasilatı və gizli fəaliyyətlərin qadağan edilməsidir. “Bu razılıq 10, 15, 20 il üçün nəzərdə tutulmayıb. Bu, uzun dönəmli mərhələli bir razılıqdır. Əgər İran beynəlxalq ictimaiyyətin etimadını qazansa, onda bu ölkəyə tətbiq edilən məhdudiyyələr mərhələli qaydada yumşaldılacaq. Onun sözlərinə görə, İran debatı çərçivə anlaşmasının müəyyən müddəaları üzərində cəmləşdirməklə özünün ictimayyətə təqdim etdiyi hekayəni formalaşdırmağa çalışır. Amma bu, o demək deyil ki, ABŞ təmkinlə İranla formal razılşmaya doğru işləməkdə davam etməyəcək və bu müddət ərzində heç bir vasitəni masa üzərindən götürməyəcək.
Lakin razılaşma Amerika daxilində, ələlxüsus mühafizəkar düşərgədə sərt müqavimətlə üzləşir. “Bu razılığa əsasən İranın bütün nüvə infrastrukturu toxunulmaz qalacaq – sadəcə razılığın 10 illik müddəti ərzində dondurulacaq… Obamanın özü də etiraf edir ki, razılığın müddəti başa çatdıqdan sonra İran atom bombası istehsal etmək haqqı qazanacaq, və bu silahları öz iradəsinə uyğun yubatmadan istehsal edə biləcək,” Charles Krauthammer yazır. Əslində bu ən optimal ssenaridir. Belə ki, Krauthammerin fikrincə, növbəti 10 il ərzində İranın razılaşmanın şərtlərinə əməl edəcəyinə heç bir təminat yoxdur. Obama administrasiyası israr edir ki, İran müfəttişlərin sərbəst təftişinə icazə verməsə, onda sanksiyalar yerinə qaytarılacaq. Lakin tərtib olunması on illərlə vaxt aparmış və dünya qüdrətlərinin hazırda iştirakçısı olduğu sanksiyalar paketinin bir anın içərisində bərpa olunması real deyil. Krauthammerin fikrincə sanksiyaları yenidən bərpa etmək diş pastasını öz qabına qaytarmaq dərəcədə çətin olacaq.
Obamaya elə gəlir ki, o, kimin marağında nəyin olduğunu bilir. Ola bilsin, bu, belədir. Amma regiondakı qüvvələr reallığı belə görmürlər. Ona görə də səudilər Yəməndə İranla qarşıdurmaya gedirlər. Yaxın Şərqdə artıq başqa qüdrətlər özləri atom bombası istehsal etməyi nəzərdən keçirməyə başlayıblar.Jonah Goldberg
USA Today qəzetində yazan Jonah Goldberg ümumiyyətlə razılaşmanın olması anlamını rədd edir. O, çərçivə razılaşmasını maşın almağa bənzədir. Əgər ortada kontrakt imzalanmayıbsa, pul əl dəyişməyibsə, maşının açarları təhvil verilməyibsə, onda buna razılaşma demək mümkün deyil, Goldberg bildirir. Müəllif də həmçinin İranın 10 ildən sonra atom bombası istehsal etmək hüququnun tanınmasını qəbuledilməz sayır. Onun sözlərinə görə Obamanın bu razılığa getməsinə başlıca səbəb onun bu vaxt ərzində İranın dəyişəcəyinə olan ümididir. “İnsafla danışsaq, Obamanın məqsədi yaxşıdır. Sivil İran rejimi Qəzzada Həması, Livanda Hezbollahı, Yəməndə hutiləri, Suriyada Bəşar Əsədi dəstəkləməyəcək. Hətta o, İsrailin məhvinə və Amerikaya ölüm çağırışlarına da son qoyacaq. Bunu kim istəməz ki? Alimlərin xərçəng xəstəliyini müalicə edən saqqız kəşf etmələrini də hamı istəyərdi,” deyə Goldberg bu hesablamanı xülya hesab edir. “Obamaya elə gəlir ki, o, kimin marağında nəyin olduğunu bilir. Ola bilsin, bu, belədir. Amma regiondakı qüvvələr reallığı belə görmürlər. Ona görə də səudilər Yəməndə İranla qarşıdurmaya gedirlər. Yaxın Şərqdə artıq başqa qüdrətlər özləri atom bombası istehsal etməyi nəzərdən keçirməyə başlayıblar. Goldbergin fikrincə, İranla razılşamanın hazırkı və gələcək bədəli hətta əgər ABŞ-İran yaxınlaşması baş verərəsə belə çox yüksək olacaq.
“Prezident Obamanın bu anlaşmanı müdafəsinin ən zəif nöqtəsi hətta İran dəyişmədiyi halda belə bu razılığın yaxşı olmasını deməsidir,” təhlilçi Jackson Diehl bildirir. “Gəlin ssenariyə nəzər salaq: Dəyişməyən İran sanksiyaların aradan qalxmasından sonra yüz milyardlarla dollara yiyələncək ki, bu da onun İraq, Suriya, Livan və Yəməndəki münaqişələrə təsir göstərmək imkanını xeyli artıracaq. O, Həmasa və başqa terror qruplarına daha çox pul və silah verəcək. Nəhayət əlavə sentrifuqalar istesahl edərək razılığın müddətinin başa çatmasını gözləyəcək ki, dərhal atom bombası istehsalına başlasın. İran dəyişmədəyi halda gələcək prezident Obamanın əldə etdiyi razılğın yaxşı olduğu qənaətində olmayacaq. Ona görə də gəlin açıq danışçaq: Hər şey Obamanın İranın dəyişəcəyinə dikdiyi ümidlərdən aslıldır.” Jackson Diehlin sözlərinə görə, yalnız dünya ictimaiyyətinə inteqrasiya olunmuş, inqilabi ideologiyadan imtina etmiş – bir sözlə, büsbütün dəyişmiş İran 10 il sonra Barak Obamanın əldə edəcəyi razılığa bəraət qazandıra bilər.
Barak Obamaın idarəçilikdə hakimiyyət bölgüsünə ehtiram göstərmədıyini vurğulayan və adətən tənqidi yazıları ilə tanınan George Will isə daha nikbindir. Onun qənaətincə, İranın dəyişməcəyini iddia etmək tarixin axarını danmağa bənzəyir. “Ola bilsin ki, prezidentin gözləntiləri şişirdilib, amma İran rejiminin tarixdə ilk əbədi rejim olacağını güman etmək yanlış olardı. İranın gözləntiləri bəd mərama əsaslanıb. Amma ABŞ-ın İran və Liviyada rejim dəyişikliyinə yönələn müharibələri göstərdi ki, nüvə silahına sahib olmağın böyük üstünlükləri var. Willin sözlərinə görə əgər İran atom bombası əldə etmək istəyirsə, bütün hallarda Vaşinqtona sanksiyalar yolu ilə bunun qarşısını almaq müyəssər olmayacaq, çünki Amerikanın Yaxın Şərqdəki proseslər üzərində təsiri olduqca məhddudur. “Bu gün Yaxın Şərqdə cərəyan edən qarmaqarışıqlıq göstərir ki, milli kimliyin təriqətçi tayfabazlıqla əvəzlənməsi daha ağır fəsadlarla müşayiət olunur. Bu səbəbdən ABŞ-ın daha aqressiv hərəkət planı üçün də bir elə ciddi perspektiv yoxdur. “Heç nə qaçılmaz deyil, və 10 il millətin taleyində uzun bir vaxt ola bilər – ələlxüsus da müasir dönəmlə ayaqlaşmayan bir rejim üçün: 1979-cu ildə sovetlər Əfqanıstanı zəbt etdilər. 1989-ci ildə Berlin Divarı çökdü,” deyə Will fikrini tamamalyır.