Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristina Lagarde ikigünlük Çin səfərini başa vurub. Səfəri zamanı o, Çinin biznes siyasətini alqışlayaıb, lakin qlobal iqtisadiyyatın dirçəlişinə dair ehtiyatla danışıb.
Pekində biznes liderləri və rəsmilərlə görüşləri zamanı Laqarde dünyanın maliyyə islahatlarına ciddi şəkildə ehtiyacı olduğunu deyib.
Xanım Laqarde Avropa liderlərini borclarla bağlı diqqətli olunmasına, davamlı maliyyə ölçüləri götürülməsinə və Yunanıstanın iqtisadi durumunun yaxından izlənilməsinə çağırıb.
Kristina Laqarde deyib ki, Çin dünyanın qeyri-müəyyən iqtisadiyyatının parlaq tərəfidir. O bildirib ki, Pekinin dünyanı təmin etdiyi artım və sabitliyi olmasaydı, durum daha da pis ola bilərdi.
Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Çinin baş nazir müavini Vanq Qişan və digər rəsmiləri ilə görüşüb.