Accessibility links

Çin İrandan neft kəməri inşasını maliyyələşdirmək fikrindən daşınıb


Pakistan rəsmiləri Çin bankları İrandan çəkiləcək mübahisəli qaz kəməri layihəsini dəstəkləmək fikrindən daşındıqdan sonra mümükün maliyyələşdirmə seçimlərini nəzərdən keçirir. Layihənin inşasınıni maliyyələşdirmək müsabiqəsinin qalibi olan Çinin sənaye və ticarət bankları nəyə görə artıq layihədə maraqlı olmadıqlarına izahat vermirlər. Lakin bu həftə Pakistanın Neft Nazirliyininin nümayəndəsi bunu geo-siyasi vəziyyətdə dəyişikliklərlə əlaqələndirərək, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarla işarə edib.

Pakistan mətbuatı bu gün bildirib ki, İslamabad layihəni həyata keçirilməsinə davam edəcək. Pakistan rəsmilərinin sözlərinə görə, bu layihə enerjidən qıtlıq çəkən Pakistanı gündə 21 milyon kub metr neftlə təmin edəcək. Pakistan ərazisindən keçərək İran şəbəkəsinə qoşulacaq kəmərin çəkilişi 1.2 milyard dollara başa gələcək.







XS
SM
MD
LG