Beynəlxalq müşahidəçilər: "Azərbaycanda qüsurlu parlament seçkiləri keçirilib"

Beynəlxalq müşahidəçilər: "Azərbaycanda qüsurlu parlament seçkiləri keçirilib"

Rəsmilər bildirir ki, 125 yerli parlamentdə Yeni Azərbaycan Partiyası yerlərin 70 faizini qazanıb. Müxalifət isə seçkilərin saxtalaşdırıldığını bildirir

Azərbaycanda seçki rəsmilərinin verdiyi məlumata görə, parlament seçkilərində president İlham Əliyevin partiyası böyük üstünlüklə qələbə qazanıb. Müxalifət isə seçkilərin saxtalaşdırıldığını bildirir. Rəsmilər bildirir ki, 125 yerli parlamentdə Yeni Azərbaycan Partiyası yerlərin 70 faizini qazanıb. Beynəlxalq müşahidəçilərin sözlərinə görə isə, qüsurlu parlament seçkiləri ilə Azərbaycan demokratiya sahəsində heç bir irəliləyişə nail olmayıb. Paytaxt Bakıda ABŞ səfirliyinin 75-ə yaxın əməkdaşı ATƏT-in müşahidəçiləri ilə birgə monitorinq aparıb. Hakim partiya 125 yer uğrunda 700 namizədin mübarizə apardığını seçkilərin şəffaf və ədalətli olduğuna təkid edir. Hətta səsvermə sona çatmamışdan əvvəl müxalifət partiyaları cənab Əliyevin hakimiyyətinin saxlanması üçün nəticələrin əvvəlcədən müəyyəşdirildiyini bildirmişdi. Müxalif AXCP-Musavat bloku bir yer də əldə edə bilməyib. İnsan haqları qrupları uzun müddətdir Əliyev hökumətini demokratik azadlıqları boğmaqda günahlandırır.