Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.
“Bütün seçki məntəqələri seçkilərə tam hazırdır. Səsvermə 5015 seçki məntəqəsində seçkiləcək. Seçki məntəqələrinin 4887-si daimi fəaliyyət göstərir. 128 müvəqqəti seçki məntəqəsi təşkil edilib”, Bu barədə bu günkü mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Onun sözləruinə görə seçkilər 118 seçki dairəsini əhatə edəcək. “Seçki bülletenlərinə 37077 namizəd daxil edilib. Seçkilərin nəticəsində ölkə üzrə 1607 bələdiyyəyə 15035 üzv seiləcək“.
M.Pənahov deyib ki, seçkilərdə 8 siyasi partiya - Yeni Azərbaycan, Vətəndaş Həmrəyliyi, Ümid, Sosial Demokrat, Milli Dirçəliş Hərəkat, Demokratik İslahatlar, Böyük Quruluş və Ana Vətən Partiyaları bələdiyyə seçkilərində partiya kimi namizədləri ilə iştirak edir. Partiya mənsubiyyəti nəzərə alınsa, ümumilikdə 30 partiyanın üzvləri seçkilərdə iştirak edir.
Seçkiləri 50.551 yerli müşahidəçi müşahidə edəcək. Bələdiyyə seçkilərində beynəlxalq müşahidəçilərin cəlb olunması məsələsinə toxunan Pənahov deyib ki, Avropa Şurasına dəvət göndərilib. "Biz əvvəlki seçkilərdə olduğiu kimi bu il də Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələrini dəvət etmişik, amma onlar bizə gəlmək imkanları olmadıqlarını dedilər. Biz çox təkid etdik, lakin gəlmədilər. Mən belə başa düşdüm ki, Qərbdə Yeni illə bağlı bayramlar olur və görünür, onlar bu səbəbdən qrup yığmaqda çətinlik çəkiblər. Amma biz bir ay əvvəlcədən müraciət etmişdik”, o qeyd edib.
MSK sədri bildirib ki, təşviqat kampaniyası artıq başa çatıb. “Seçkiqabağı təşviqat kampaniyası qurtardığına görə namizədlərin təbliğat xarakterli materialları ölkə üzrə yığışdırılıb.
“MSK çox sayda maarifləndirici tədbirlər həyata keçirib. Ölkə miqyaslı 8 müşavirə, seminar və təlimlər təşkil edib”.
Pənahov seçkilərdə mətbuat nümayəndələrini də fəal olmağa, seyrçi kimi qalmamağaçağırıb.
“Əgər mətbuat nümayəndələri seyrçi kimi qalırsa, deməli, onların da burada hansısa marağı var.Hansısa xoşagəlməz hallar baş verərsə, dərhal bizə məlumat verin ki, o hallar qəsdən baş veribsə, həmin insanlar komissiyalardan uzaqlaşdırılsın, yox əgər bilməyərəkdən baş veribsə, maarifləndirmə işləri aparılsın. Biz burada şəxsi maraqlardan uzaq olmalıyıq. KİV nümayəndələri bu məsələlərə bu cür yanaşanda, bunun pis nəticələri olur. Bütün KİV nümayəndələrinə müraciət edirəm ki, sabah bizimlə əməkdaşlıq etsinlər".
O həmçinin 1000 məntəqədə seçkiləri veb-kameralar vasitəsi ilə internetdən izləməyin mükün olacağını deyib. “Bu məntəqlərin 20 faizi deməkdir”.
MSK sədri vətəndaşların seçici siyahısında adlarının olmaması barədə bəyanatları absurd adlandırıb.
“Əgər Azərbaycanda 1 məntəqədə 15 nəfərə səs verməyə imkan yaradılmadığı üzə çıxsa, həmin şəxsə MSK xüsusi mükafat verəcək. Bəzi təşkilatların 1,5 milyon insanın səs verməsinə imkan yaradılmaması barədə iddiaları absurddur”.
O Amerikanın Səsinin siyasi partiyalardan olan namizədlərlə bağlı sualının cavabında deyib ki, indi hansı partiyanın daha güclü müxalifət partiyası olduğunu demək mümkün deyil. “Onların hamısı özünü ana müxalifət adlandırır. İndi Müsavat və ya Ümid partiyasının daha gücül müxalifət partiyası olduğunu deyə bilərsnizmi? ”, suala sualla cavab verib.