Accessibility links

Daha 4 partiya Bələdiyyə Seçkilərinə qoşulub


Eurovision 2012-nin keçiriləcəyi binanın tikilməkdə olduğu Bayraq kadr
Eurovision 2012-nin keçiriləcəyi binanın tikilməkdə olduğu Bayraq kadr

Oktyabrın 31-də Mərkəzi Seçki Komissiyası dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə qatılan Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Böyük Quruluş Partiyası və Ana Vətən Partiyasının səlahiyyətli nümayəndələrini qeydə alıb.

Xəbəri Media forum saytına Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsi verib.

Bununla da bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 7-yə çatıb. MSK Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və Ümid Partiyasının səlahiyyətli nümayəndələrini oktyabrın 27-də qeydə almışdı.

118 seçki dairəsini əhatə edən seçkilərdə 1607 bələdiyyəyə (siyahı) 15035 üzv seçilməlidir.

XS
SM
MD
LG