BBC-nin Newsnight televerilişi Azərbaycandan Beynəlxalq Boks Təşkilatına (World Series Boxing (WSB)) milyonlarla dollar məxfi ödəmələrə dair dəlillər aşkar edib. Bu barədə Turan Agentliyi televiziyaya istinadən xəbər yayıb.
WSB rəhbəri iddia edir ki, pullar Azərbaycan boksçularının Londonda 2012-ci il Olimpiya oyunlarında iki qızıl medal qazanacaqlarına zəmanət verilməsi müqabilində alınıb.
Olimpiya döyüşlərini təşkil edən Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) etiraf edir ki, Azərbaycan vətəndaşı yarışlardan birinin fonduna 9 mln. dollar pul köçürüb. Lakin AİBA razılaşdırılmış medallar üçün sövdələşmə olduğunu inkar edir.
Bu arada, Boks Təşkilatındakı mənbələr Newsnight-la əlaqə qurub və WSB direktoru İvan Xodabaxşı Azərbaycanla əlbir olmaqda ittiham edib. Onların sözlərinə görə, Olimpiadada Azərbaycan döyüşçülərinin qızıl medal almasına zəmanət verilməsi üçün boks turnirinin saxtalaşdırılması müqabilində Azərbaycandan maliyyə vəsaiti alınması üçün gizli saziş imzalanıb. “İvan bizdən bəzilərinin qarşısında öyünürdü ki, pul üçün narahat olmağa dəyməz. Azərbaycanlılar medal alan kimi WSB nağd pul alacaq”.
Digər mənbənin sözlərinə görə, Xodabaxş otağa girərək deyib: “Hər şey qaydasındadır - azərbaycanlılar gəldilər, buna görə onlara medal verməli olacağıq”.
“O, milyonlarla dollar məxfi ödəmələr müqabilində Londonda qızıl medallardan danışırdı”, - deyə mənbə əlavə edib.
Lakin, Xodabaxş Azərbaycanla hər-hansı sövdələşmələr haqqında ittihamları “tamamilə yalan” adlandırıb.
Bir müddət əvvəl AİBA iddia edirdi ki, Amerikadan WSB-də alınmış pullar özəl İsveçrə şirkətindən daxil olub, lakin Newsnight-da olan sənədlər Xodabaxş və AİBA-nın icraçı direktoru Xo Kim və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasında 10 mln. dollarlıq kredit haqqında investisiya sazişi ilə bağlı məlumat mübadiləsi olduğuna dəlalət edir.
Sənədlər arasında Xodabaxşdan Azərbaycan nazirinə aşağıdakı sorğu ilə elektron məktub da var: “Xahiş edirik, investisiya pullarını mümkün qədər tez WSB America-nın hesabına köçürəsiniz”.
AİBA və WSB-ni təmsil edən hüquqşünaslar təsdiq edib ki, pullar İsveçrə şirkəti tərəfindən ödənilib, amma Azərbaycandan daxil olub. Lakin, onlar pulların Azərbaycan hökumətindən daxil olduğunu inkar edir.
Hüquqşünaslar bildirib ki, Azərbaycan naziri Heydərov WSB-yə azərbaycanlı fərdi investoru təqdim edib və hökumətin bu üzvü və onun köməkçisi iki ölkə arasında vasitəçilər rolunda fəaliyyət göstəriblər. Belə ki, investor ingiliscə yaxşı danışa bilmirdi.
Newsnight Heydərovun ofisi ilə əlaqə saxlamağa çalışıblar, lakin cavab ala bilməyib.
Hazırda anonim investor artıq WSB America-nın hesabına 9 mln. dollar ödəyib.
AİBA və WSB xüsusi bəyanatla çıxış edərək, Azərbaycan investorundan idmanın inkişafı məqsədilə pul aldığını təsdiq edib.
Kredit “məxfi” olmayıb, heç bir qaydanı pozmayıb və Azərbaycan hökuməti tərəfindən təqdim olunmayıb.
BBC-nin Newsnight televerilişi Azərbaycanın iki olimpiada medalı üçün 9 milyon dollar verdiyini iddia edir
AİBA və WSB xüsusi bəyanatla çıxış edərək, Azərbaycan investorundan idmanın inkişafı məqsədilə pul aldığını təsdiq edib.
Kredit “məxfi” olmayıb, heç bir qaydanı pozmayıb və Azərbaycan hökuməti tərəfindən təqdim olunmayıb.