BBC gələn beş ildə 2000 iş yerinin ixtisar ediləcəyini bəyan edib. Korporasiyanın baş direktoru Mark Tompson bildirib ki, hökumətin məsrəflərinin azaldılması məqsədi ilə verilən qərar 9 ay sürən məsləhətləşmənin nəticəsidir. Topmson 20 faiz ixtisarın iş yerlərinin hər təbəqəsinə şamil ediləcəyini deyib. O, bundan əlavə ixtisar edildiyi təqdirdə, BBC-nin reputasiyasına xələl gələcəyini bildirib. Bu, BBC tarixində ilk böyük bir trafsformasiya olacaq.