BBC jurnalistləri ikinci dəfə 24 saatlıq tətil elan edib

  • Amerikanın səsi

BBC jurnalistləri ikinci dəfə 24 saatlıq tətil elan edib

BBC jurnalistləri bir necə həftə ərzində ikinci dəfə 24 saatlıq tətil elan edib. Britaniyanın Milli Jurnalistlər Birliyinin iş yerlərinin ixtisarına etiraz olaraq keçirdiyi tətili bu gün gecə yarısı qüvvəyə minib. Jurnalistlər Birliyi agentliyin məcburi işdən çıxarılanlarla bağlı “ağlabatan qərar” qəbul etməsini tələb edir. BBC müxtəlif dilli redaksiyalar və monitoring idarəsindən 387 yeri ixtisar etməyi planlaşdırır. 100 yer məcburi kənarlaşdırmanı nəzərdə tutur. İlk tətil iyul ayının 15 keçirilmiş və bəzi xidmətlərin verilişini dayandırmışdı.