ABŞ prezidenti Co Bayden çərşənbə axşamı Kolorado ştatında 10 nəfərin ölümü ilə nəticələnən atışma ilə bağlı açıqlama verib.
Ağ Evdən danışan Bayden qurbanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı bildirib. O, polisin şübhəlinin saxlanması və zərər çəkənlərə kömək göstərilməsi üçün fəaliyyətini yüksək qiymətləndirib.
ABŞ prezidenti silahlı zorakılığa qarşı mübarizənin vacibliyini bir daha qeyd edib.
SEE ALSO: Polis Kolorado hücumunda şübhəli bilinən şəxsin kimliyini açıqlayıbBayden çıxışı zamanı silahlara nəzarətin gücləndirilməsi məsələsini qaldırıb. O, amerikalıların həyatını xilas etmək üçün bu istiqamətdə dərhal fəaliyyət göstərilməsinin vacibliyini vurğulayıb.
ABŞ prezidenti təxirə salınmadan silahlara nəzarətin sərtləşdirilməsi üçün qanunvericilik tədbirləri görməyə çağırıb.
Bayden bu açıqlamaları Ohayo ştatına yola düşməzdən əvvəl verib.
Kolorado ştatının Boulder şəhərinin polisi bazar ertəsi ərzaq mağazasında atışma nəticəsində 10 nəfərin öldüyünü bildirib. Ölənlər arasında bir polis işçisi də var. Hücumun motivləri hələ müəyyənləşdirilməyib.