Barak Obama:Yanacaq qiymətlərinin artmaqda davam etməsinə mane olmaq asan olmayacaq

  • Amerikanın səsi

Barak Obama:Yanacaq qiymətlərinin artmaqda davam etməsinə mane olmaq asan olmayacaq

ABŞ prezidenti Barak Obama bildirib ki, yanacaq qiymətlərinin artmaqda davam etməsinə mane olmaq asan olmayacaq, baxmayaraq ki, bəzi siyasətçilər bir qallon yanacağın 2 dollara enəcəyinə vəd verib.

Həftəlik radio müraciəti zamanı cənab Obama külək, günəş və bioyanacaq kimi yeni ennerji mənbələrinin inkişaf etdirilməsi ilə problemin uzunmüddətli həllinin mümkünlüyünü önə çəkib.

ABŞ dövlət başçısı bildirib ki, neft hasilatının artırılması bir plan deyil, bu, siyasətçilərin seçkiqabağı vədləridir. Prezident Amerikada neft istehsalının artıq 8 ildir ki, artdığını deyib.

Barak Obama Konqresi təmiz enerji sahəsində vergi ixtisarlarının nəzərdən keçirilməsinə çağırıb. O, bunun yeni iş yerlərinin açılmasına xidmət edəcəyini və xaricdən asılılığı azaldacağını deyib.