Accessibility links

Prezident Obama yeni büdcə layihəsini Konqresə göndərməyə hazırlaşır


Prezident Obama yeni büdcə layihəsini Konqresə göndərməyə hazırlaşır
Prezident Obama yeni büdcə layihəsini Konqresə göndərməyə hazırlaşır

ABŞ prezidenti Barak Obama 2013-cü il üçün tkəlif etdiyi federal büdcəni təsdiq edilmək üçün Konqresə göndərməyə hazırlaşır. Ağ Ev vergilərin artırılması və xərclərin azaldılmasını nəzərdə tutan yeni büdcəni Amerikanın maliyyə problemlərinin həlli üçün balanslı yanaşma tərzi kimi qiymətləndirib.

Prezident idarəsinin rəhbəri Ceykob Lyuinin bildirdiyinə görə, büdcə iqtisadiyyatın stimullaşdırılması, eyni zamanda federal defisitin azldılması üçün uzun müddətli həll yolunun tapılması nəzərə alınaraq hazırlanıb.

Bazar günü televiziya üçün verdiyi müsahibələrdə Lyui büdcədə qarşıya gələn 10 il ərzində zəngin amerikalılar üçün vergilərin artırılması və hökumət xərclərinin azaldılması yolu ilə büdcə defisitinin 4 trilyon dollar azaldılmasına nail olmaq kimi məqsəd qoyulduğunu xüsusi vurğulayıb.

Bununla yanaşı, büdcəyə əsasən, sürətli şosse yollarının salınması və digər nəqliyyat layihələrinin gerçəkləşdirilməsi və yeni iş yerlərinin yaradılması kimi infrastruktura maliyyə qoyuluşları daxil edilmib.

Respublikaçılar partiyası yeni federal büdcəni cənab Obamanın yenidən seçilmək üçün kampaniyasına dəstək qazanmaq mahiyyəti daşıdığını deəyərək, sənədi tənqid edir. Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri olan konrqesmen Pol Rayan büdcəni Demokratların baş tutmamış və əks-produktiv siyasətinin davam etdirilməsi planı adlandırıb.

XS
SM
MD
LG