Barak Obama Miçiqanda yeni iş yerlərinin açılmasına dair nitq söylədi

  • Amerikanın səsi

Barak Obama Miçiqanda yeni iş yerlərinin açılmasına dair nitq söylədi

ABŞ prezidenti Barak Obama bu gün işsizlik göstəriciləri yüksək olan Miçiqan ştatında yeni iş yerlərinin açılqmasına dair nitq söyləyib. Prezident Miçiqanın hibrit və elektron avtomobillər üçün akumulator istehsal edilən zavodunda olub. 3 milyon dollar federal qrand alan zavodda 150 yeni iş yeri açılmalıdır. Prezident Obama çıxışında iqtisadi artımın tempinin kifayət qədər sürətli olmadığını deyib. ABŞ prezidenti büdcə və dövlət borclarının miqdarı barədə qanunvericilər arasında bir razılığa gəlinməsində başverən yubanmanın əhalinin ölkə iqtisadiyyatının vəziyyətinə etimadına mənfi təsir göstərməsindən narahatlığın bildirib. Prezident Obama gələn həftələr ərzində yeni iş yerlərinin yaranmasına kömək edəcək qanunvericilik aktlarının hazırlanmasına da söz verib.

Miçiqanda işsizlik səviyyəsi ölkə boyu 9.1 faiz təşkil edən işsizlik göstəricilərindən daha yüksək, 10.5 faizdir.