Accessibility links

Respublikaçı namizədlər öz aralarında debat keçirdilər


Respublikaçı namizədlər öz aralarında debat keçirdilər
Respublikaçı namizədlər öz aralarında debat keçirdilər

ABŞ Respublikaçılar Partiyasından prezidentliyə 8 namizəd dünən ümummilli televiziya debatında prezident Barak Obamanın iqtisadi siyasətini sərt tənqid etmiş, həmçinin bir-birlərini hədəf almışlar.

Eyms şəhərində, Ayova Dövlət Universitetindəki debat yoxlama səsverməsinə bir neçə gün qalmış keçirilib. Ayova Ştat Yarmarkasında keçiriləcək səsvermə Respublikaçılar Partiyasının namizədliyini qazanacaq şəxsi müəyyən edə bilər.

Debatın ən yadda qalan episodu Minnesota qubernatoru Tim Polenti ilə Konqres üzvü Mişel Bakman arasındakı söz atışması oldu. Polenti Bakmanın Konqresdəki fəaliyyətinin heç bir nəticə vermədiyini söylədi, Konqres üzvü isə qubernatoru Obamaya oxşar siyasət yürütməkdə ittiham etdi.

Debatda həmçinin partiyanın namizədliyini qazanmağa ən çox şanslı görünən Massaçusets qubernatoru Mitt Romni, Nümayəndələr Palatasının sabiq spikeri Nyut Gingrich, sabiq Yuta qubernatoru Con Hantsmən və başqaları var idi.

XS
SM
MD
LG