Bu gün ABŞ prezidentliyinə respublikaçı namizədlər Ayova ştatında ictimai rəy sorğudan əvvəl teledebatlar keçirir. Sorgu möhtəməl nominantların müəyyən edilməsinə yardım edəcək. Debatlarda iştirak edən 8 nümayəndə arasında Massaçusets ştatının sabiq qubernatoru Mitt Romni, Nümayəndələr Palatasının üzvləri Mişel Bakman və Ron Pol, Minnesota ştatının keçmiş qubernatoru Tim Polenti və ABŞ-ın Çindəki sabiq səfiri Con Hantsman yer alır. Debatlarda Texasın qubernatoru Rik Perri iştirak etmir. 2008-ci ildə prezidentliyə namizəd Barak Obama demokrat partiyasından nominasiya edilməsi üçün rəqibi Hillari Klintona bu ştatda qalib gəlmişdi.
ABŞ prezidentliyinə respublikaçı namizədlər Ayova ştatında teledebatlar keçirir
- Amerikanın səsi