Bəşar əl-Əsəd nümayişdə çıxış edib

  • Amerikanın səsi

Bəşar əl-Əsəd nümayişdə çıxış edib

Suriya prezidenti Bəşar əl-Əsəd minlərlə tərəfdarına deyib ki, onun hökuməti “konspirasiya” üzərində qələbə çalacaq. Konspirasiya dedikdə, Əsəd 10 aydır höklumət əleyhinə vüsət almış etiraz dalğasına istinad edib.

Paytaxt Dəməşqdə təşkil olunan hökumətpərəst tnümayişdə çıxış edən Əsəd nümayişçilərdən güc aldığını deyib. Mitinqin təşkili Əsədin televiziya ilə xalqa müraciətində “terrorçuları dəmir yumruqla” hədələməsindən bir gün sonraya təsadüf edir.

Bu arada Suriyada hökumətin vətəndaşlara qarşı zorakılıqlarını nəzərdən keçirən Ərəb Liqasının bir müşahidəçisi missiyanı tərk etdiyini elan edib.

Ənvər Malik əl-Cəzirə telekanalına bildirib ki, missiya ”hoqqabazlıqdır” və Suriya hökuməti müşahidəçilərə yalnız göstərmək istədiyini göstərir.

Kiprdə Suriyaya yola düşmüş tonlarla sursat daşıyan gəmi mənzilini dəyişdikdən sonra sərbəst buraxılıb.