Bakı-Novorossiysk kəməri işləyəcək

Bakı-Novorossiysk neft kəməri

SOCAR ilə Rusiyanın “Transneft” şirkəti arasında qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni müqavilə imzalanıb
Bakı-Novorossiysk boru kəməri vasitəsilə Azərbaycan neftinin nəqlinin bərpa edilməsi üzrə uzunmüddətli danışıqlardan sonra Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Rusiyanın “Transneft” şirkəti arasında qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni müqavilə imzalanıb.
SOCAR-ın rəsmi saytının məlumatıngörə, Rusiya ərazisi vasitəsilə neftin nəqlinin bərpası Azərbaycan neftinin dünya bazarlarına ixrac marşrutlarının daha da şaxələndirilməsinə imkan verəcəkdir.

Öz növbəsində Turan agentliyi bildirir ki, SOCAR yeni kommersiya tarifləri ilə neftini Rusiya ərazisindən daşımağa razı olub.
.
Qeyd edək ki, 2007-ci ilin oktyabrından indiyədək SOCAR neftin 1 tonunu daşımaq üçün Rusiyanın “Transneft” şirkətinə $15,67 tranzit tarifi ödəyirdi.

SOCAR-la “Transneft” şirkəti arasında “şimal” boru kəmərinin istifadəsinə dait 18 yanvar 1996-cı ildə imzalanmış hökumətlərarası Saziş 14 fevralda qüvvədən düşüb. Bununla əlaqədar 15 fevral tarixdən SOCAR əvvəllər Rusiya üzərindən ixrac edilən neftini Bakı-Tiflis-Ceyhan boru kəmərinə vurmağa başlayıb.