Bakı şəhərində sakinlər və iki jurnalist zorakılığa məruz qalıb

Hüquq müdafiəçilərinin fikrincə, minlərlə ailənin əmlak hüququ pozulub. 300-ə yaxın vətəndaş artıq Avropa İnsan Hüquqları Məhkəməsinə iddia verib.

Aprelin 2-də Bakının Şəmsi Bədəlbəyli küçəsi, 20 ünvanında yerləşən evin sakinlərinin deportasiyasını başa çatıb. Bu küçədə və ona bitişik Füzuli, Mirzağa Əliyev küçələrində artıq 2 ilə yaxındır ki, mənzil söküntüsü davam edir. Hüquq müdafiə təşkilatlarının monitorinqinə görə, ərazidə yaşayan minlərlə ailənin əmlak hüquqları pozulub. 300-ə yaxın vətəndaş artıq Avropa İnsan Hüquqları Məhkəməsinə iddia verib.

İki yaşlı qadın hələ də Şəmsi Bədəlbəyli küçəsi, 20 ünvanındakı binada yaşayırdılar. Onlar təklif olunan kompensasiya ilə razılaşmadıqları üçün köçməkdən imtina edirdilər. Bundan başqa, onlar rayon məhkəməsinin mübahisə həll olunana qədər köçürülmənin dayandırılması haqqında qərarı ilə əlaqədar evdən çıxarılmaları cəhdlərinə son qoyulmasını tələb edirdilər.
Lakin, dəfələrlə olduğu kimi, Bakı meriyasının və Nəsimi rayon icra hakimiyyətinin işçiləri statusu bəlli olmayan bir qrup gənclə birlikdə, faktiki olaraq, hər iki qadını küçəyə atıblar.
Bundan sonra, ekskavator onların evini sökməyə başlayıb. Hər iki qadın şok halında xəstəxanaya yerləşdirilib. Bu zaman onlardan birinin ayağı sınıb, digəri başından xəsarət alıb. Hadisəni işıqlandırmaq üçün həmin küçədə fəaliyyət göstərən jurnalistlər də zorakılığa məruz qalıb. Turan Agentliyinin fotomüxbiri Etimad Budaqovun fotoaparatı sındırılıb və xəsarət alıb. Azadlıq radiosunun əməkdaşı da zorakılığa məruz qalıb.

Baş verənlərlə bağlı vəkil Fuad Ağayev Turana bildirib ki, hakimiyyət sakinlərin qanuni hüquq və tələbləri ilə hesablaşmaq niyyətində olmadığını nümayiş etdirmək üçün açıq-aşkar kobud qanun pozuntularına əl atır.