Bağdadda silsilə bomba partlayışları 15 adamın ölümünə, 27 nəfərin yaralanmasına bais olub.
İraq rəsmiləri deyirlər ki, ilkin partlayışlar Əbu Qreyb qəsəbəsi yaxınlığında baş verib. Rəsmilər bu hücumda azı 7 adamın öldüyünü xəbər verirlər.
Bir neçə saat sonra üç bomba Bağdadın Bab əl Şərq rayonunda bazarda partlayıb. Burada 8 adam ölmüş, 19 adam yaralanmışdır.
Bu son zorakılıq aktları ABŞ qüvvələrinin İraqı tərk etməyə hazırlaşdıqları məqamda sabitliyin necə kövrək olduğunu göstərir.