Accessibility links

İraqın baş naziri Nuri Əl-Maliki Vaşinqtona səfər edəcək


İraqın baş naziri Nuri Əl-Maliki Vaşinqtona səfər edəcək
İraqın baş naziri Nuri Əl-Maliki Vaşinqtona səfər edəcək

İraqın baş naziri Nuri Əl-Maliki prezident Barak Obama ilə iki ölkə arasında əməkdaşlıq məsələsini müzakirə etmək üçün gələn ay Vaşinqtona səfər edəcək. Baş nazirin dekabr ayının 12-nə təyin edilmiş səfəri ABŞ qüvvələrinin İraqı tərk etməsindən bir neçə həftə əvvələ təsadüf edir. Prezident Obama keçən ay ABŞ ordusunun qalan hissəsinin bu ilin sonunda İraqı tərk edəcəyini və bundan sonra bu ölkə ilə əməkdaşlığın yeni mərhələsinə başlanacağını demişdi.

İraqda hələ də ABŞ-ın 39 min əsgəri qalıb ki, 2008-ci ildə bu rəqəm 165 min idi. ABŞ səfirliyinin təhlükəsizliyinin qorunması da daxil edilməklə, İraqda 150-yə qədər hərbçi saxlanılacaq.

XS
SM
MD
LG