Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev "Washington Post"da Dağlıq Qarabağa dair məqalələrə münasibətini bildirib

Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev "Washington Post"da Dağlıq Qarabağa dair məqalələrə münasibətini bildirib

Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev "Washington Post" qəzetinin müxbiri Vil Enqlundun iyulun 7-də Dağlıq Qarabağ münaqişəsi haqda məqalələrinə münasibətini bildirib.

Səfirin "Washington Post" qəzetində dərc edilmiş şərhində deyilir ki, “Qarabağ:post-sovet dövrünün ilk münaqişəsi” adlı məqalədə Azərbaycan-Ermənistan münaqişəsinə dair faktlar təhrif edilib və Azərbaycanın mövqeyi əks etdirilməyib.

Səfir Əliyev yazır ki, məqalədə münaqişə nəticəsində bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün olması faktı, BMT-nin Təhlükəsizlik Şurasının erməni hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması barədə qəbul etdiyi dörd qətnaməsi qeyd edilmir.

İyulun 8-də Vil Enqlundun “Dağlıq Qarabağ danışıqlar masası arxasında yer istəyir” adlı məqaləsinə də toxunan səfir Əliyev müəllifin Dağlıq Qarabağın iki icmadan-erməni və azərbaycanlı icmalarından ibarət olduğu faktına əhəmiyyət vermədiyini qeyd edir.